ATƏT-in sədri: Azərbaycana səfər daha geniş əlaqələrin başlanğıcı olacaq
İsveçrə Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kassisin Azərbaycana rəsmi səfəri başlayıb. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Kassis qeyd edib ki, Azərbaycana ilk rəsmi səfərini həyata keçirməkdən məmnundur və İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. ATƏT-in fəaliyyətdə olan sədri kimi o, Cənubi Qafqazda dialoqun, sülhün, sabitliyin və rifahın inkişafına, həmçinin ticarət, innovasiya və iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə vermək niyyətindədir.
"Bu səfər daha geniş regional əlaqələrin başlanğıcı olacaq", - deyə Kassis vurğulayıb. O, həmçinin səfərin Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar açacağına ümid etdiyini bildirib.