Xətai rayonunun dörd küçəsində qaz təchizatında fasilə yaranıb
Bu gün Bakının Xətai rayonunun bir neçə küçəsində qaz təchizatında qısamüddətli fasilə yaranıb. Məlumata görə, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 11:30-dan etibarən M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrində qazın verilməsi müvəqqəti dayandırılıb.
Bu barədə Azəriqaz İstehsalat Birliyindən bildirilib. Qeyd olunub ki, qaz sızması ilə bağlı təmir işləri aparılır və yaxın saatlarda qaz təchizatının bərpa ediləcəyi gözlənilir.
Fasilə yalnız qeyd olunan küçələri əhatə edir. Sakinlərə və ərazi üzrə fəaliyyət göstərən obyektlərə müvəqqəti narahatlıq üçün üzr istənilir.
Qaz təchizatının bərpası barədə əlavə məlumat veriləcək.