Bakının Əhmədli qəsəbəsində torpaq uçqunu avtomobillərə ziyan vurub
Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində, Gəncə prospektində torpaq uçqunu baş verib. Hadisə yeni tikilmiş binalardan birinin yaxınlığında qeydə alınıb. Təpəlik ərazidən qopan torpaq kütləsi həmin ərazidə park edilmiş avtomobillərin üzərinə düşüb.
Nəticədə bir neçə avtomobilə zərər dəyib. Bəzi məlumatlara görə, nəqliyyat vasitələri torpaq qatının altında qalıb. Hadisə yerində çəkilişlər aparılıb və görüntülər yayımlanıb.
Qeyd edilir ki, bu ərazidə əvvəllər də oxşar torpaq sürüşməsi halları müşahidə olunub. Faktla bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.