Cəmiyyət

Xanəndə Aqil Məlikov açıq ürək əməliyyatı keçirib

1 saat 0 baxış 93% yoxlanıb

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov açıq ürək əməliyyatı keçirib. Bu barədə onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. Bildirilib ki, əməliyyat iyulun 31-də həyata keçirilib və bir müddət reanimasiyada qaldıqdan sonra sənətçi bu gün palataya köçürülüb.

Əməliyyat zamanı Aqil Məlikovun ürəyində dörd damar dəyişdirilib. Oğlunun sözlərinə görə, əməliyyat uğurlu keçib və hazırda xanəndənin vəziyyəti qənaətbəxşdir, əhval-ruhiyyəsi yaxşıdır. Hüseyn Məlikov qeyd edib ki, atası evə qayıtdıqdan sonra ona dəstək olanlara şəxsən təşəkkürünü bildirəcək.

Hüseyn Məlikov dövlətin və Heydər Əliyev Fondunun göstərdiyi dəstəkdən danışaraq, onların prosesi nəzarətə götürdüyünü və hər cür yardım göstərdiyini vurğulayıb. O, bu dəstəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, 74 yaşlı Aqil Məlikov bir neçə gün əvvəl səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.

← bütün xəbərlər