Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Türkiyənin Kocaeli vilayətində FETÖ-yə üzv olmaq ittihamı ilə barəsində həbs cəzası qüvvəyə minmiş ehtiyatda olan polkovnik saxlanılıb. Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, axtarışda olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı FETÖ-yə üzv olmaqda təqsirli bilinən və barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış şəxsin Gölcük rayonunda olduğu müəyyən edilib.
Keçirilən əməliyyat nəticəsində saxlanılan məhkum polis idarəsindəki prosessual tədbirlər başa çatdıqdan sonra cəzasını çəkməsi üçün penitensiar müəssisəyə təhvil verilib.