"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə matçda fasiləyə məğlub yollanıb
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Dinamo" (Kiyev) - "Qarabağ" matçının ilk hissəsi başa çatıb. Görüş Polşanın Lublin şəhərindəki "Lublin Arena" stadionunda baş tutur.
Qarşılaşmanın 10-cu dəqiqəsində ukraynalı futbolçu Matvey Ponomarenko fərqlənərək hesabı açıb. İlk hissənin sonunda Azərbaycan təmsilçisi 0:1 hesabı ilə məğlub vəziyyətdədir.
Matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edir. Komandalar arasında cavab görüşü avqustun 13-də saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.