Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə batıb
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə 16 yaşlı yeniyetmə batıb. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olub.
Məlumata görə, faciə sahilin mühafizə olunmayan hissəsində, ən yaxın xilasetmə məntəqəsindən təxminən iki kilometr aralıda baş verib. Hadisə yerinə Kiçik Gəmilərə Nəzarət və Suda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda 2010-cu il təvəllüdlü Seyidamirov Asiman Elaqif oğlunun axtarışı davam etdirilir. Xilasedicilər tərəfindən axtarış əməliyyatı aparılır.