Sabunçu və Bakıxanov qəsəbələrində qaz təchizatında fasilə olacaq
"Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumata görə, paytaxtın Sabunçu və Bakıxanov qəsəbələrinin bəzi küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu, təmir-quraşdırma işləri ilə əlaqədardır.
Fasilə sabah saat 10:00-dan başlayaraq işlər tam yekunlaşana qədər davam edəcək. Bu müddət ərzində Sabunçu qəsəbəsində Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli və M. İbrahimov küçələrində qaz olmayacaq.
Eyni zamanda, Bakıxanov qəsəbəsində də M. Əmirov, R. Qəmbərov, R. Axundov, S. Qocayev və K. Kamilov küçələrində qaz təchizatında fasilə yaranacaq. Sakinlərə əlavə məlumat üçün "Azəriqaz" İB-nin qaynar xəttinə müraciət etmək tövsiyə olunur.