Siyasət

Şuşa və Ankara statusları türk dünyasının ortaq irsinin təbliğinə xidmət edir

48 dəq 0 baxış 93% yoxlanıb

Ankaranın 2026-cı il üçün türk dünyasının turizm paytaxtı elan edilməsi türk dövlətləri arasında turizm, mədəniyyət, təhsil və humanitar əməkdaşlıq sahələrində əlaqələrin daha da genişlənməsinə şərait yaradır. Bu barədə Ankara qubernatorunun müavini Hüseyn Çam məlumat verib.

Onun sözlərinə görə, bu çərçivədə həyata keçirilən layihələr, beynəlxalq tədbirlər və birgə təşəbbüslər şəhərlər arasında əlaqələrin möhkəmlənməsinə və ümumi dəyərlərin daha geniş təbliğinə xidmət edir. Çam qeyd edib ki, türk dünyasının ortaq mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

O, əvvəlki illərdə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini ortaq tarixi və mədəni irsin populyarlaşdırılması baxımından mühüm mərhələ adlandırıb. Çam vurğulayıb ki, Ankaranın 2026-cı ildə türk dünyasının turizm paytaxtı seçilməsi də türk dövlətləri arasında turizm əməkdaşlığının inkişafı, qarşılıqlı səfərlərin artması və birgə layihələrin reallaşdırılması üçün yeni imkanlar açır.

Ankara qubernatorunun müavini hesab edir ki, hər iki şəhərin statusu bir-birini tamamlayan mühüm təşəbbüslərdir və beynəlxalq arenada ortaq tarixin, mədəniyyətin və qardaşlıq əlaqələrinin daha geniş təbliğinə xidmət edir.

Mənbələr

← bütün xəbərlər