Ələtdə 15 yaşlı oğlan dənizdə batıb
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat yayılıb. Hadisə ən yaxın xilasetmə məntəqəsindən 15 kilometr aralıda baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal əməliyyat tədbirlərinə başlanılıb.
Məlumata görə, batmış şəxs 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovdur. Onun batdığı ehtimal edilən istiqamətlərdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Hadisənin dəqiq səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.