Lənkəran Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib
Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədova tutduğu vəzifədən azad edilib. Məlumata görə, o, yaşayış yerini dəyişdiyi üçün öz istəyi ilə ərizə yazaraq vəzifəsindən ayrılıb.
Nuridə Məmmədova uzun illər ərzində səhiyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2017-2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022-2025-ci illərdə isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
2025-ci ildə o, cərrahi işlər üzrə direktor müavini təyin edilib, həmin ilin avqust ayından isə Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsinə keçib. Onun işdən çıxarılması ilə bağlı rəsmi açıqlama verilməyib, lakin bildirilir ki, vəzifədən azad olunma ərizəsi yaşayış yerinin dəyişməsi ilə əlaqələndirilir.