"Qarabağ" UEFA Konfrans Liqasının ilk matçında "Dinamo"ya məğlub oldu
Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyevin "Dinamo" komandasına minimal hesabla məğlub olub. Polşanın Lyublin şəhərindəki "Lyublin Arena" stadionunda keçirilən görüş ukraynalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın yeganə qolu 10-cu dəqiqədə vurulub. "Qarabağ"ın müdafiəsindəki səhvdən sonra Matvey Ponomarenko fərqlənib. İkinci hissədə ağdamlılar hesabı bərabərləşdirməyə çalışsalar da, yaratdıqları imkanlardan yararlana bilməyiblər.
Matçın sonunda "Qarabağ" azlıqda qalıb. İkinci hissənin əlavə olunmuş ilk dəqiqəsində Cəbrail Makretskis kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.