Kəlbəcərdə 100 metrlik dərədə köməksiz qalan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonunun Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaşı xilas ediblər. Xilas edilən şəxs 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğludur.
Əməliyyatın gedişi barədə əlavə məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.