Avqustun 3-dən tələbə krediti üçün müraciətlər başlayır
Avqustun 3-dən Tələbə Təhsil Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üçün e-ttkf.edu.az portalı vasitəsilə müraciətlərin qəbuluna başlayacaq. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Müraciət etmək hüququ 2026-2027-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının nəticələrinə əsasən magistraturaya qəbul olunan tələbələrə, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və yuxarı kurs tələbələrinə verilir. Bakalavriatın birinci kurs tələbələri üçün müraciət qəbulu ixtisas seçimi başa çatdıqdan sonra açılacaq.