Naxçıvanın bəzi ərazilərində avqustun 3-də elektrik enerjisində müvəqqəti fasilə olacaq
Naxçıvan şəhərinin bir sıra ərazilərində avqustun 3-də elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumatda bildirilir.
Məlumata görə, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində yenidənqurma işləri aparılacaq. Bu işlərlə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.
Fasilə avqustun 3-də saat 05:00-dan 07:00-dək davam edəcək. Bu müddət ərzində Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi dayandırılacaq.
Nəticədə Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, yenidənqurma işləri başa çatdıqdan sonra qeyd edilən ərazilərin abonentləri yenidən elektrik enerjisi ilə təmin olunacaqlar.