Türkiyədə meşə yanğınları ilə bağlı altı nəfər həbs edilib
Türkiyənin ədliyyə naziri Akın Gürlök, ölkədə iyunun 1-dən etibarən 16 vilayətdə baş vermiş 44 meşə yanğınının səbəbləri ilə bağlı aparılan istintaq çərçivəsində 29 şübhəlinin müəyyən edildiyini açıqlayıb. Nazir bu barədə sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, şübhəlilərdən doqquzu barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilib, altı nəfər isə həbs edilib. İstintaq tədbirləri davam etdirilir. Gürlök qeyd edib ki, araşdırma Ədliyyə Nazirliyinin nəzarəti altında aparılır.
Nazir vurğulayıb ki, qəsdən törədilən yandırmalar, habelə ehtiyatsızlıq və ya səhlənkarlıq nəticəsində baş verən yanğınlarda günahkar olan şəxslər qanuna uyğun olaraq cəzalandırılacaqlar. Hazırda Türkiyədə yanğınların tamamilə nəzarət altına alındığı bildirilir.