Çanaqqalada meşə yanğını: yanğınsöndürənlər alovla mübarizə aparır
Türkiyənin Çanaqqala vilayətinin Bayramiç rayonunda meşə yanğını başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib və yanğının qarşısını almaq üçün həm havadan, həm də qurudan müdaxilə davam edir. İlkin məlumata görə, yanğının səbəbi hələlik məlum deyil, əraziyə əlavə qüvvələr göndərilib.