Sabah Bakıda 35°, rayonlarda 39° isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə mülayim şimal-qərb küləyi əsəcək, gündüz isə şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz isə 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda isə gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Hava proqnozu Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatlara əsasən tərtib edilib.