İran və Oman Hörmüz boğazında yeni marşrutla bağlı razılığa gəlib
İran və Oman arasında aparılan danışıqlardan sonra Hörmüz boğazından təhlükəsiz keçidi təmin edəcək yeni marşrutun coğrafi koordinatları ilə bağlı razılıq əldə olunub. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib. Onun sözlərinə görə, hazırda iki ölkənin birgə bəyanatı yekun baxış və hazırlıq mərhələsindədir. Bəqai ümidvar olduğunu bildirib ki, müəyyən üçüncü tərəflər vəziyyətin həllinə maneə yaratmayacaqlar.