Gürcüstanda genişmiqyaslı elektrik kəsilməsi: Tbilisi metrosu və dəmir yolu dayanıb
Gürcüstanda axşam saatlarında genişmiqyaslı elektrik enerjisi kəsilməsi baş verib. Yerli medianın məlumatına görə, paytaxt Tbilisi və ölkənin əksər bölgələrində elektrik təchizatı dayandırılıb. Bu, son iki həftə ərzində ölkədə qeydə alınan üçüncü irimiqyaslı kəsilmədir.
Kəsinti nəticəsində Tbilisi metrosunun fəaliyyəti tam dayandırılıb, dəmir yolu nəqliyyatında da fasilələr yaranıb. Bəzi marşrutlar üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur. Ölkənin heç bir şəhərində elektrik enerjisinin verilişi bərpa edilməyib.
Elektrik kəsilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, Gürcüstanda ilk irimiqyaslı elektrik kəsilməsi iyulun 24-nə keçən gecə, ikincisi isə iyulun 25-i səhər saatlarında Tbilisi və digər iri şəhərlərdə qeydə alınmışdı.
Hazırda elektrik enerjisinin bərpası üçün heç bir məlumat verilmir, vətəndaşlar və nəqliyyat infrastrukturu ciddi çətinliklərlə üzləşib. Yerli qurumların əlavə açıqlaması gözlənilir.