Bakıda Mirtağı məscidində yanğın söndürülüb
Bakının Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsində yerləşən Mirtağı məscidində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinə daxil olan ilkin məlumat əsasında hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinə imkan verilməyib və yanğın qısa müddətdə söndürülüb. Məscidin ərazisində yerləşən tikilidə baş verən yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə paytaxtın Köhnə Günəşli qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib və məscid yanğından mühafizə olunub.