Azərbaycanda FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq müzakirə edilib
Azərbaycanda FIFA U-15 dünya çempionatı və festivalı, həmçinin 2027-ci ildə keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıqla bağlı Təşkilat Komitəsinin iclası keçirilib. İclası baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov idarə edib. Görüşdə idman infrastrukturunun hazırlığı, təşkilati məsələlər və tikinti işlərinin gedişi müzakirə olunub.