Dünya

Gürcüstanda elektrik enerjisi təchizatı tam bərpa olunub

1 saat 0 baxış 97% yoxlanıb

Gürcüstanın Dövlət Elektrik Sistemi şirkəti ölkədə elektrik enerjisi təchizatının tam bərpa edildiyini açıqlayıb. Şirkətin məlumatına görə, hazırda işıqsız qalan abunəçi yoxdur və bütün strateji obyektlər, eləcə də həyati əhəmiyyətli müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ötən axşam, avqustun 5-də saat 20:10-dan etibarən paytaxt Tbilisi də daxil olmaqla ölkənin əksər bölgələrində elektrik enerjisi kəsilib. İlkin məlumatlara görə, fasilə "İnquri" SES-də aparılan yoxlama işləri ilə əlaqədar yaranıb. Həmin işlər iyulun 24 və 25-də baş vermiş kütləvi elektrik kəsintiləri ilə bağlı həyata keçirilib.

Qeyd edək ki, iyulun sonunda baş verən oxşar problemlərlə bağlı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti sabotaj maddəsi ilə araşdırma aparır. Elektrik enerjisi ilə təchizatın tam bərpa olunması barədə məlumat şirkətin rəsmi açıqlamasında bildirilib.

← bütün xəbərlər