Cəmiyyət

Ceki Çan Bakıda pərəstişkarları ilə görüşüb

1 saat 0 baxış 93% yoxlanıb

Hollivudun məşhur aktyoru Ceki Çan bir neçə gündür Bakıda film çəkilişlərində iştirak edir. Ötən gün aktyor xüsusi mühafizənin müşayiəti ilə avtomobillə İçərişəhərdə gəzinti edib və bu zaman onu görən pərəstişkarlarını salamlayıb.

Aktyoru yaxından görmək istəyən, əsasən gənclər və uşaqlar avtomobilin qarşısını kəsərək onunla xatirə fotosu çəkdiriblər. Görüş zamanı izdihamın həyəcanlı olduğu müşahidə olunub.

Qeyd edək ki, Ceki Çan avqustun 4-də "Armour of God IV: Ultimatum" ("Tanrının zirehi: Ultimatum") filminin dördüncü hissəsinin çəkilişləri üçün Azərbaycana gəlib. Filmin premyerası 2027-ci ilə planlaşdırılır.

Aktyor bu filmdə məşhur "Asian hawk" ("Asiya qartalı") obrazını canlandıracaq. Çəkilişlər zamanı Bakının İçərişəhər, Dağüstü park, funikulyor, Yaşıl teatr və Fəvvarələr meydanı kimi tanınmış yerləri kadrlarda əks olunacaq.

Mənbələr

← bütün xəbərlər