Ceki Çan Bakıda — "Tanrının zirehi 4" filminin çəkilişləri başlayır
Dünya şöhrətli aktyor Ceki Çan Bakıya səfər edib. O, "Tanrının zirehi 4: Ultimatum" filminin çəkilişləri üçün Azərbaycana gəlib. Məlumata görə, filmin çəkilişləri həm Azərbaycanda, həm də Qazaxıstanda aparılacaq.
72 yaşlı aktyor bu filmdə yenidən məşhur "Asiya qartalı" obrazını canlandıracaq. Ekran işinin kadrlarında Bakının tanınmış yerləri — İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı yer alacaq.
Qeyd edək ki, "Tanrının zirehi 4: Ultimatum" filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır. Bu, məşhur franşizanın növbəti hissəsidir və Ceki Çanın iştirakı ilə ekranlaşdırılacaq.