Cəmiyyət

Beyləqanda 19 yaşlı gənc kanalda boğularaq ölüb

1 saat 0 baxış 93% yoxlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə avqustun 6-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən "Yeni Xan qızı" kanalında bir nəfərin batması barədə məlumat daxil olub. Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb edilib.

Məlumata görə, hadisə rayon sakini, 2007-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun beton kanalda çimərkən baş verib. Gənc suda boğularaq ölüb, onun meyiti hələ tapılmayıb. Hazırda axtarış işləri davam etdirilir.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və şəraiti araşdırılır.

Mənbələr

← bütün xəbərlər