Bakıda nəqliyyat sıxlığı müşahidə olunan yollar açıqlanıb
Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyat sıxlığı müşahidə olunur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, hazırda paytaxtın bir neçə əsas magistralında hərəkət çətinləşib.
Sıxlıq ilk növbədə 1-ci Göl kənarı yolu və Ziya Bünyadov prospekti istiqamətində qeydə alınıb. Həmçinin Bakı-Sumqayıt şosesində, "20 Yanvar" metro stansiyası istiqamətində də nəqliyyatın hərəkətində ləngimələr var.
Bundan əlavə, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməyə qədər olan hissədə də sıxlıq müşahidə olunur. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.