Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas mərhələsi avqustun 15-də başlayır
Bakı Metropoliteninin gələcək inkişafını müəyyən edən ən vacib layihələrdən biri olan Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi avqustun 15-də start götürür. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Layihənin məqsədləri, qarşıdan gələn işlər, tikinti dövründə ictimai nəqliyyatın tənzimlənməsi və xətlərin ayrılmasının sərnişinlərə verəcəyi üstünlüklər barədə ətraflı məlumat video təqdimatda öz əksini tapıb. Şirkət qeyd edir ki, xətlərin ayrılması layihəsi sadəcə seçim deyil, Bakı Metropoliteninin gələcək inkişafı üçün strateji zərurətdir.
Tikinti işlərinin 10-11 ay davam edəcəyi gözlənilir. Bu müddət ərzində "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər və geriyə doğru hərəkət edəcəklər.
Layihənin əsas mərhələsinin başlanması ilə əlaqədar sərnişinlərə və şəhər sakinlərinə müvəqqəti narahatlıqlar yarana bilər, lakin bu, metropolitenin gələcək inkişafı və daha rahat nəqliyyat infrastrukturunun qurulması üçün vacib addımdır.