İsveçrə XİN rəhbəri: Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqə rolunu oynayır
İsveçrənin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kasssis Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxış edərək Azərbaycanın geosiyasi mövqeyinin ölkəni Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqə halına gətirdiyini bildirib. Onun sözlərinə görə, Orta Dəhlizin və etibarlı, diversifikasiya olunmuş ticarət marşrutlarının inkişafı müasir qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir. Kasssis vurğulayıb ki, regional qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsi İsveçrə üçün də böyük maraq doğurur.