İspaniya Seutaya daxil olan demək olar ki, bütün qeyri-leqal miqrantları Mərakeşə qaytarıb
İspaniya Xarici İşlər Nazirliyi bildirib ki, Seuta muxtar şəhərinə daxil olan qeyri-leqal miqrantların demək olar ki, hamısı artıq Mərakeşə qaytarılıb. Bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında deyilir. Qeyd olunur ki, Seuta və ya Melilya vasitəsilə İspaniyaya qeyri-leqal giriş ölkədə qalmaq, materik hissəsinə keçmək və ya Avropada sərbəst hərəkət etmək hüququ vermir.