İdman

Azərbaycanın 13 cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq

1 saat 0 baxış 96% yoxlanıb

Azərbaycanın 13 cüdoçusu avqustun 8-9-da Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək. Azərbaycan Cüdo Federasiyasına istinadən verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda ölkə təmsilçiləri 6 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Komandaya qadınlardan ibarət yığmanın baş məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək. Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kq) və Nilgün Rzayeva (63 kq) tatamiyə çıxacaqlar.

Oğlanların turnirində isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kq) mübarizə aparacaqlar.

Ümumilikdə, beynəlxalq turnirdə 34 ölkədən 346 idmançının iştirakı gözlənilir ki, onlardan 229-u oğlan, 117-si qızdır.

Mənbələr

← bütün xəbərlər