Azərbaycan XİN başçısı ilə ATƏT-in fəaliyyətdə olan sədri arasında təkbətək görüş keçirilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis arasında təkbətək görüş başlayıb. Görüş barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.
Görüşün gündəliyinə Azərbaycan-İsveçrə arasında ikitərəfli əməkdaşlıq məsələləri daxildir. Tərəflər regional və beynəlxalq gündəmdə duran məsələləri, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə etməsi nəzərdə tutulur.
Qeyd edək ki, İqnazio Kassis ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana ilk rəsmi səfərini həyata keçirir. Səfər çərçivəsində tərəflər arasında ikitərəfli münasibətlərin gündəliyi, regional və beynəlxalq proseslər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.