Azərbaycan UEFA reytinqində 26-cı yeri qoruyub
Azərbaycan UEFA ölkə reytinqində əvvəlki mövqeyini qoruyub. Ölkə hazırda 21.187 əmsalı ilə 26-cı yerdə qərarlaşıb. Bu göstərici son turda baş tutan avrokubok oyunlarından sonra dəyişməyib.
Reytinq cədvəlində 25-ci yeri 22.468 əmsalı ilə Sloveniya tutur. Siyahıya isə 101.852 əmsalı ilə İngiltərə başçılıq edir.
Qeyd edək ki, ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyevin "Dinamo" komandasına 0:1 hesabı ilə məğlub olub. Eyni zamanda "Sabah" Çempionlar Liqasının təsnifat mərhələsində Danimarkanın "Orxus" komandasına səfərdə 1:2 hesabı ilə uduzub.