Avqustun 5-də hava şəraiti: Bakıda yağmursuz, rayonlarda 39 dərəcəyədək isti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 40-50 faiz arasında dəyişəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda isə gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq.