Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğası gözlənilir
Rusiyanın "Fobos" hava mərkəzinin proqnozuna görə, Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğasının baş vermə ehtimalı 75 faiz təşkil edir. Bu barədə mərkəz məlumat yayıb.
Proqnoza əsasən, Günəş küləyinin sürətinin saniyədə 600 kilometr və daha yuxarı həddə çatacağı gözlənilir. Bu səbəbdən geomaqnit sahəsində zəif (G1) və ya orta (G2) səviyyəli maqnit qasırğası müşahidə oluna bilər.
Bildirilib ki, buna iyulun 30-da Günəşdə baş vermiş tac kütləsi atılması səbəb ola bilər. Maqnit qasırğasının yaxın gecənin ikinci yarısında başlaması və 6-9 saat davam etməsi gözlənilir.
"Fobos"un məlumatına əsasən, maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit pozuntuları bazar gününün sonunadək və bazar ertəsinin birinci yarısında da davam edəcək.