Masallıda avtomobil aşıb, sürücü xəstəxanaya yerləşdirilib
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Chevrolet Cruze" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı sürücü dərhal rayon xəstəxanasına çatdırılıb və orada hospitalizasiya olunub. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb.