Xocavənd rayonuna daha 27 ailə köçürülüb
Xocavənd rayonuna növbəti köç dalğası çərçivəsində ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb. Bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) qayıdıb.
Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Onların doğma yurdlarına qayıdışı davamlı şəkildə həyata keçirilir.