Bakı Fond Birjasının dövriyyəsi 35,3% azalıb
BFB sədri dövlət müəssisələrinin kapital bazarına daha fəal çıxmasının vacibliyini vurğulayıb. "Azərbaycan Dəmir Yolları" istiqraz emissiyasına başlayıb və nəqliyyat-logistika sektorundan bir neçə şirkət də bu istiqamətdə maraq göstərir. Bundan əlavə, SOCAR-ın "yaşıl istiqraz"larının tədavülə buraxılması "yaşıl maliyyə" alətlərinin inkişafında mühüm addım olub. Uzunmüddətli strategiya BFB-nin regional maliyyə mərkəzi kimi mövqeyinin gücləndirilməsinə yönəlib.