Bakıda özünü "beynəlxalq hüquq müdafiəçisi" kimi təqdim edən şəxsin kimliyi ilə bağlı iddialar
Azərbaycan ictimaiyyətində son vaxtlar özünü “beynəlxalq hüquq müdafiəçisi”, “xeyriyyəçi” və beynəlxalq qurumlarla əlaqəli şəxs kimi təqdim edən “David Seliverstov” adlı şəxsin fəaliyyəti ətrafında müzakirələr yaranıb. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə – vətəndaşlardan daxil olan müraciətlərə əsaslanaraq bu məsələ ilə bağlı araşdırma aparıblar və ictimaiyyətə müraciət hazırladıqlarını bildiriblər. Onların sözlərinə görə, vətəndaşlar bu şəxsin kimliyi, statusu və verdiyi vədlərlə bağlı narahatlıqlarını ifadə ediblər.