"OBA" Çərpələng Festivalında uşaqların sevincinə dəstək oldu
Bu il 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi "Qonşuluqda 10 iz" adlı korporativ sosial məsuliyyət layihələri çərçivəsində Beynəlxalq Dostluq Gününə həsr olunan "Gəl dost olaq" Çərpələng Festivalına dəstək göstərib. Tədbir "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə Nabranda dəniz sahilində keçirilib.
Festivalda sığınacaqda yaşayan uşaqlar, şəhid və qazi ailələrinin övladları, həssas sosial qruplardan olan uşaqlar, könüllülər və region sakinləri iştirak ediblər. Tədbir dostluq, həmrəylik, yaradıcılıq və ekoloji məsuliyyət dəyərlərinin təşviqinə xidmət edib.
"OBA" tərəfindən uşaqlara şirniyyatlar, "Trend" məhsulları və "Hər gün" dondurmaları təqdim olunub, həmçinin hədiyyəli yarışlar təşkil edilib. Festival boyunca "OBA"nın Surəti və OBİ obrazları uşaqları əyləndirib.
Festival çərçivəsində şəbəkənin 10 illiyinə özəl hazırlanan, üzərində "10 ilin qonşusuyuq" və "Yaşılı sev, çevrəni qoru" mesajları əks olunan yaşıl çərpələnglər səmaya qaldırılıb. Proqrama çərpələnglərin uçurulması, yaradıcılıq və idman oyunları, ekoloji fəaliyyətlər, maarifləndirici guşələr və əyləncə proqramları daxil olub.
Bu dəstək uşaqların və gənclərin inkişafına, sosial həmrəyliyin gücləndirilməsinə, yaradıcılığın və ekoloji dəyərlərin təşviqinə verilən töhfənin bir hissəsidir.