Xəzər rayonunda 45 kiloqram narkotik aşkarlanıb
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı qeyd edilən cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirir.