Cəmiyyət

Ağcabədidə kanala yıxılan şəxs xilas edilib

3 saat 4 baxış 97% yoxlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində vətəndaşın kanala yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Dalğıc-xilasedicilər tərəfindən vətəndaş xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb. Hadisə zamanı xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, hadisə ilə bağlı əlavə təfərrüatlar araşdırılır.

← bütün xəbərlər