Xankəndi–Şuşa yolunda ağır qəza: ölən və yaralanan var
Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, ötən gecə hərəkətdə olan "Tofaş" markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı beton maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü Bayram Verdiyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin Orxan Şirinov isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən əməliyyat tədbirləri davam etdirilir.