Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi artıq hazırdır və yerində quraşdırılıb. Abidə Fəxri xiyabana gətirilərək qoyulub və yaxın günlərdə onun açılışının keçirilməsi gözlənilir.
Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir. Bu barədə məlumat Report agentliyinə istinadən yayılıb.
Xatırladaq ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib. Onun ədəbi irsi Azərbaycan ədəbiyyatında mühüm yer tutur və bu abidə onun xatirəsinə ehtiramın ifadəsidir.