Ukrayna dəniz dronları Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırıb
Qara dənizdə Rusiyanın "Rosatom" Dövlət Korporasiyasına məxsus konteyner gəmisi Ukraynanın dəniz pilotsuz aparatlarının hücumuna məruz qalıb. Bu barədə "Rosatom"un Baş direktoru Aleksey Lixaçov məlumat verib.
Lixaçovun sözlərinə görə, hücuma məruz qalan gəmi beynəlxalq sularda hərəkət edən və mülki yüklər daşıyan adi konteyner gəmisi olub. Gəminin yükü dondurulmuş ərzaq məhsullarından tutmuş tikinti və üzlük materiallarına qədər müxtəlif mülki yüklərdən ibarət olub.
Hücum nəticəsində konteyner gəmisi batıb. Gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib, onların vəziyyəti qənaətbəxşdir. Hadisə Qara dənizdə baş verib və hazırda ətraflı məlumatlar araşdırılır.