Cəmiyyət

SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub

1 saat 0 baxış 93% yoxlanıb

Nizami Rayon Məhkəməsində SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində hökm çıxarılıb. Məhkəmənin qərarına əsasən, dörd nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Həbs edilənlərdən biri "Səs" qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır. O, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə həbs cəzası alıb.

Qeyd edək ki, Elçin Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdığı bildirilir.

Məsələ ilə bağlı Elçin Bayramlının həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə əlaqə saxlanılsa da, o, mövzu haqqında danışmaq istəmədiyini bildirib.

Mənbələr

← bütün xəbərlər