Sabah hava necə olacaq? - PROQNOZ
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.