Dünya

Sabah Bakıda və regionlarda hava şəraiti açıqlanıb

5 saat 0 baxış 100% yoxlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz arasında dəyişəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Regionlarda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 15-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti gözlənilir.

← bütün xəbərlər