Sabah Abşeron çimərliklərində hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26 dərəcə, gündüz isə 29-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-39 dərəcə, dağlıq ərazilərdə isə gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Külək mülayim şərq küləyi olacaq.