MİQ üzrə vakansiya seçimi mərhələsi başlayıb
Avqustun 5-də saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) vakansiya seçimi mərhələsi start götürüb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən məlumat yayılıb. İlkin olaraq, vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə verilir.